Putin müşavirə çağırdı 

16:16 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezienti Vladimir Putin aprelin 7-də Dağıstandakı vəziyyətlə bağlı müşavirə çağırıb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, prezident zərərçəkmişlərə yardım göstərilməsi üçün bütün müvafiq qurumlara lazımi göstərişlər verib.

Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkov və Dağıstan rəhbəri Sergey Melikovə respublikada anomal yağıntılar nəticəsində zərər çəkənlərə lazımi yardım göstərməyi tapşırıb

Aprelin 7-də keçiriləcək müşavirədə bölgədə yaranmış vəziyyət ətraflı müzakirə olunacaq.

Qeyd edək ki, anomal yağıntılar nəticəsində Dağıstanda yüzlərlə evi su basıb, minlərlə sakin təxliyə olunub.